Azərbaycanın akrobatika gimnastları Belçikanın Puurs şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar.


Bu barədə Rekord.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.


Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu 29.350 xalla birinci yeri tutub.