Aprelin 29-da Portuqaliyanın Portimao şəhərində start götürəcək bədii gimnastika üzrə beynəlxalq turnirə qatılacaq Azərbaycan təmsilçiləri açıqlanıb.

Rekord.az xəbər verir ki, 5 gün davam edəcək yarışda milli komandaların ümumilikdə 10 üzvü qüvvəsini sınayacaq.

Böyüklər arasında Alina Məmmədova və Kamilla Seyidzadə, gənclərdə isə Şəms Ağahüseynova və Nuray Əhmədzadə fərdi proqramda medallar uğrunda yarışacaqlar.

Turnirdə eləcə də Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası mübarizə aparacaq.

Azərbaycan gimnastları turnirdə iştirak üçün artıq Portuqaliyaya yollanıblar.