Azərbaycan gimnastı dünya kubokunun finalında
- 02 Mar 2023 11:15
- 510
Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala çıxıb.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə bitirib.
Bu, Simonovun finala keçməsi üçün kifayət edib.