
Azərbaycan gimnastı dünya kubokunda ikinci oldu
- 23 Fev 2025 19:27
- 263
Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə Dünya Kubokunda ilk mərhələnin yarışları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın gimnastı Nikita Simonov halqalarla hərəkətdə finalda mübarizə aparıb.
Millimizin üzvü 2-ci yeri tutaraq gümüş medal qazanıb.