
Azərbaycan futzalçıları Avropa çempionu oldular
- 00:23
- 58
Xorvatiyanın Zaqreb şəhərində keçirilən futzal üzrə universitetlərarası Avropa çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, finalda Azərbaycan İdman Akademiyası ilə İspaniyanın Valensiya Universiteti üz-üzə gəlib.
Görüş Azərbaycan təmsilçisinin 7:2 hesablı qaləbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan İdman Akademiyasının futzalçıları universitetlərarası qitə çempionu olub.