
Azərbaycan derbisi “Qarabağ”la “Neftçi”yə baha başa gəldi
- 03 Mar 2023 16:45
- 436
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Zirə” oyununda “Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Şamaxı” – “Sabah” oyunundan sonra “Sabah”ın rəsmi şəxsləri ilə oyunun 1-ci köməkçi hakimi arasında mübahisə yaşandığına görə klub 3200 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilib.
“Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə “Neftçi” klubu 800 manat cərimə edilib.
“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atılmasına görə “Neftçı” klubu 1600 manat cərimə edilib.
“Neftçi” azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib.
“Neftçi” azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.
“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili azarkeşlərə tərəf kənar əşya atdığına görə oyunçu 3 oyun cəzalandırılıb, klubu 2400 manat cərimə edilib. Oyun cəzası şərti olaraq tətbiq edilib. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunub.