Onun taleyi acı və kədərlə doludu. Böyük bir ulduz olması gözlənilərkən gənc yaşlarında dünyadan köçüb getdi. Ulduz Sultanov Azərbaycan cüdosunun ən istedadlı idmançılarından biri olub. Əsl Allah vergisi olan bakılı balasının axırına "dostları" çıxıb. 

"Rekord.az" xəbər verir ki, sportfm.az-ın baş redaktoru Araz Əhmədov bu dəfə 30 yaşında faciəvi şəkildə dünyasını dəyişən cüdoçunun həyatına həsr edilən videosüjet hazırlayıb.