Azər Bağırov: O futbolçuların istədiyi pulu vermək çətin di"
- 13:00
- 47
"Şamaxı" ötən gün vidalaşdığı 15-ci futbolçunun da adını açıqladı.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi heyətinin demək olar ki, yarıdan çoxunu itirib.
Bu durumda yeni baş məşqçi Azər Bağırov sıfırdan komanda qurmalıdır. Bu isə heç də asan olmayacaq. Bəs Bağırov özü bu barədə nə düşünür? Yeni komandası, gedən futbolçular, gələcək planlar haqda onun öz dilindən eşitməyi lazım bildik: "Şamaxı"dan bu qədər futbolçunun getməsi normaldı. Yaxşı mövsüm keçirdilər, özlərini yaxşı tərəfdən göstərdilər və daha büdcəli klublardan təkliflər aldılar. O futbolçuların istədiyi pulu "Şamaxı"da vermək çətindi. Buna baxmayaraq, biz də öz seleksiyamızı aparırıq və inanıram ki, incə toxunuşu etməyi bacaracayıq. Həm yerli, həm də əcnəbi futbolçularla bağlı araşdırma aparırıq, seçim edirik. Az vüdcəli klublar bu məsələdə çox diqqətli olmalıdır. Xüsusilə legioner seçimində.