Sumqayıtda qılınoynatma üzrə şəhər turniri keçirilib
- 08 İyn 2026 14:20
- 128
Sumqayıt Dövlət Universitetinin III tədris korpusunda 2011-2013; 2014-2015; 2016-2017-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında qılıncoynatma (sablya, şpaqa) idman növü üzrə Sumqayıt şəhər turnirinə yekun vurulub.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd şəhərdə qılıncoynatma idman növünün təbliği və inkişafı, bu idman növündə perspektivli idmançıların müəyyən edilməsi və sağlam gəncliyin formalaşmasıdır.
Qalib və mükafatçılar Regional idarə tərəfindən diplom və medallarla təltif olunub.