Azərbaycan cüdoçularının 2023-cü ildə qazandıqları medal sayı açıqlanıb.

Rekord.az xəbər verir ki, bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 237 medal əldə olunub.

Cüdoçularımız il ərzində qatıldıqları mötəbər yarışlarda 127 final görüşünə çıxıblar. Bunun 74-də həlledici qarşılaşmada qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

53 gümüş qazanan cüdoçular 110 dəfə də bürünc mükafata yiyələniblər.