Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri 11-15 aprel tarixlərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Macarıstanın Tata şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak edir.

Rekord.az xəbər verir ki, hazırlıq prosesinə 38 ölkədən 300-dən çox idmançı qatılıb. 

Təlim-məşq toplanışında Turan Bayramov, Balabəy Ağayev, Əhməd Yusifov, Orxan Səfərov, Hidayət Heydərov, Səid Mollayi, Zelim Tçkayev, Məmmədəli Mehdiyev, Murad Fətiyev, Zelim Kotsoyev və Uşanqi Kokauri iştirak edirlər.

Cüdoçulara performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.