
Azərbaycan cüdoçuları üçün İstanbul sınağı
- 18 Apr 2025 17:00
- 146
Yeniyetmələrdən ibarət Azərbaycan cüdo yığması növbəti turnirə hazırlaşır.
Rekord.az xəbər verir ki, idmançılarımız mayın 3-4-də İstanbulda keçiriləcək Avropa kubokunda çıxış edəcəklər.
Ümumilikdə heyətə 30 idmançı - 20 oğlan və 10 qız daxil edilib.
Onların arasında kadetlər arasında dünya çempionları Xədicə Qadaşova (52 kq), Nihad Məmişov (60 kq) və Cəsur İbadlı (81 kq), gənclər arasında Avropa çempionatının mükafatçıları Nizami İmranov (66 kq) və Aslan Kotsoyev (90 kq) də var.
Qeyd edək ki, Avropa kubokunda 25 ölkədən komandaların mübarizə aparacağı gözlənilir.