Azərbaycan cüdoçuları Daşkənddə ikinci günü də medalsız başa vurdular
- 02 Mar 2024 19:30
- 244
Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparsa da, medal qazana bilməyib.
Rekord.az xəbər verir ki, 20 yaşlı idmançı bürünc mükafat uğrunda mübarizədə məğlub olub.
O, Ukrayna təmsilçisi Mixaylo Svidraka uduzub. Nəticədə Rəcəbli fəxri kürsüyə qalxmaq şansını itirib.
Bu gün tatamiyə çıxan Azərbaycan millisinin digər cüdoçuları İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq) və Aytac Qardaşxanlı (63 kq) da uğursuz nəticə göstəriblər.