
Azərbaycan çempionu bütün futbolçularla müqaviləyə xitam verdi
- 26 İyl 2025 16:00
- 44
2024/25 mövsümündə Azərbaycan İkinci liqasının qalibi olan “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun instaqram hesabındakı paylaşımında bildirilib.
Qeyd edilib ki, futbolçuların sözləşmələrinə xitam verilib. Klub tərəfdən onlara təşəkkür ifadə olunub.
Bundan başqa yeni futbol mövsümü ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi də qeyd edilib.