Sentybarın 13-də, saat 12:00-da, Bakı İdman Sarayının Mətbuat konfransı otağında Yüksək, Birinci və İkinci liqaların 2022-2023-cü il mövsümünün püşkatma mərasimi keçiriləcək.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yüksək Liqanın yeni mövsümündə iştirak üçün 6 komanda – “Araz Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Rekord”, “Alyans” FK (Lənkəran) və U-19 - qeydiyyatdan keçib. Yarışa sentyabrın 26-da start veriləcək.