Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı
- 2024-04-24 18:37
- 287
Sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı davam edir.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.
FHN İdman-Sağlamlıq Klubunda keçirilən çempionatın ikinci günündə 5 çəki üzrə 200 güləşçi qüvvəsini sınayıb. Medal qazanan güləşçilər aşağıdakılardır:
48 kq
1. Hacıhüseyn Əhmədzadə (Sumqayıt)
2. Ruslan Əlizadə (Lənkəran)
3. Ramal Mirhüseynov (Lənkəran), Fərhad Hacıyev (Abşeron)
55 kq
1. Hüseyn Hüseynov (Neftçi)
2. Məhəmməd Əlizadə (İmişli)
3. Seymur Zeynalov (Gəncə, “Təhsil”), Seyhun Əlizadə (Lənkəran)
65 kq
1. İsa Yusibov (Gəncə, “Neftçi”)
2. Elcan İsmayılzadə (ROİL)
3. Əli Hacıyev (Zenit), Həsən Məmmədov (Şəmkir)
80 kq
1. Məhəmməd Abbaszadə (UGİM-5)
2. Şeyxəli Babazadə (DİN)
3. Hüseyn Məmmədtağızadə (ROİL), Ülfət Məmmədov (Pəhləvan)
110 kq
1. Muxamad Qantemirov (AGF)
2. İsmayıl Kərimov (Zaqatala)
3. Əli Vəliyev (Zenit), Turab Muradzadə (Neftçi), Məhəmməd Mustafayev (Lokomotiv)