Azərbaycan Basketbol Liqasında 5-ci tura bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.


B qrupunda yer alan "Lənkəran" "Ordu"nu qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.


Meydan sahibləri 6 xalla üçüncü, qonaqlar 8 xalla birinci pillədə qərarlaşıb.


Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.