Azərbaycan Basketbol Liqasında bu gün 13-cü tura start veriləcək.


Rekord.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.


B qrupunda yer alan "Naxçıvan" "Lənkəran"ın qonağı olacaq. Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da stat götürəcək.


Qonaqlar 21 xalla ikinci, meydan sahibləri 16 xalla beşinci pillədə qərarlaşıb.


Tura yanvarın 18-də yekun vurulacaq.