Mövsümü "Kəpəz"də başa vurmuş Azər Bağırovun bundan sonra harada işləyəcəyi maraqlıdı. Gəncə təmsilçisini elitada saxlamağı bacaran mütəxəssislə klub arasında anlaşma əldə edilə bilməmiş, məşqçi öz istəyiylə postunu tərk etmişdi. Bundan sonra Bağırovun adı bir çox komandalarla yanaşı çəkilmişdi. 


Bəs hazırda durum necədir?


Bu məqsədlə Azər Bağırovla əlaqə saxladıq. "Rekord.az"-a açıqlama verən mütəxəssis təkliflərə açıq olduğunu bildirdi:  "Hazırda istirahət edirəm. UEFA Millətlər Liqasının yarımfinal və final matçlarını izlədim. Sırf özümə, ailəmə vaxt ayırıram. Bir sözlə, istirahətdəyəm. Ara-sıra təkliflər eşidildi, səsləndirildi. Amma real bir şey yoxdu hələ ki. Təkliflərə açığam, dəyərləndirməyə hazıram".