“Ayaks”ı daha bir oyunçusu tərk edib.

Rekord.az xəbər verir ki, Niderlandın son çempionu Perr Sxyursu “Torino”ya satıb.

İtaliyalı jurnalist Canluka Di Martsionun verdiyi məlumata görə, 22 yaşlı müdafiəçi Turin klubuna 9,5 milyon avroya başa gələcək. Müqavilədə Perrin “Ayaks”ı bonus kimi daha 3,5 milyon avro irəli sala biləcəyi ilə bağlı bənd də nəzərdə tutulub.