İngiltərənin "Mançester Yunayted" klubu Niderland "Ayaks"ının müdafiəçisi Lisandro Martinesin transferi ilə bağlı razılığa gəlib.

Rekord.az xəbər verir ki, informasiyanı italiyalı insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Xəbərə görə, danışıqlarda müsbət irəliləyişlər var və keçidin reallaşmaq ehtimalı yüksəkdir.

MY ötən həftə argentinalı oyunçuya görə qarşı tərəfə 50 milyon avro təklif etsə də, rədd cavabı alımışdı.

Qeyd edək ki, Lisandro Martines 2019-cu ildən "Ayaks"da çıxış edir.