"Ayaks" hücumçusunu "Mançester Yunayted"ə satmaqdan imtina edib.

Rekord.az xəbər verir ki, Erik ten Haq komandanın çalışdırıcısı postuna keçdikdən sonra Antoni "Yunayted"in əsas transfer hədəflərindən biri olub. Lakin "qırmızı şeytanlar" 22 yaşlı futbolçu üçün danışıqlarda irəliləyiş əldə edə bilməyib.

“Yunayted” Antoni transferi üçün 60 milyon avrodan çox xərcləməyə hazır idi. Amma “Ayaks” 80 milyon istəyir.