
"Avropanın ən yaxşı komandalarından birinə sahibik"
- 04 Avq 2022 12:15
- 505
“Barselona”nın müdafiəçisi Serxi Roberto yeni mövsümdəki gözləntilərindən danışıb.
Rekord.az xəbər verir ki, ispaniyalı bütün titullar uğrunda mübarizə aparacaqlarını deyib:
“Biz Avropanın ən yaxşı komandalarından birinə sahibik. Ona görə də, heç bir bəhanəmiz olmamalıdır.
Bütün titullar üçün mübarizə aparacağıq. Bu, bizim məqsədimizdir”.
“Barselona” İspaniya La Liqasında ilk oyununu avqustun 13-də “Rayo Valyekano”ya qarşı keçirəcək.