Avropa çempionatının püşkü atıldı - HOŞGELDİN TÜRKİYE!
- 2019-11-30 22:00
- 1247
Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Turnirdə iştirak edəcək 24 komanda 4 səbətə bölünüb. Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olub.
Final mərhələsinə çıxa bilən AÇ-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşüblər.
Səbətlərin tərkibi:
I səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
II səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
III səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
IV səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)
A qrupu: Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə
B qrupu: Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)
C qrupu: Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi
D qrupu: İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu: İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi
F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)
Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.
İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.