İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında 1/4 finalçılar müəyyənləşib.

Rekord.az xəbər verir ki, cütlərin tərkibi qrup mərhələsinin yekununda bəlli olub.

Beləliklə, 20-23 iyulda İngiltərə - İspaniya, İsveç - Belçika, Almaniya - Avstriya və Fransa - Niderland görüşləri keçiriləcək.

Avropa çempionatı iyulun 31-dək davam edəcək. Final görüşü Londondakı "Uembli" stadionunda baş tutacaq.