Qadın voleybolçular arasında 2026-cı il Avropa çempionatı Azərbaycanda keçiriləcək. "Rekord.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəmiz Türkiyə, İsveç və Çexiya ilə birgə yarışa ev sahibliyi edəcək. 

Azərbaycanda millimizin də yer alacağı bir qrupun oyunlari keçiriləcək. Qitə birinciliyinin final qarşılaşmaları isə Türkiyədə təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl 2017-ci ildə Avropa çempionatına ev sahibliyi edib. Həmin yarışda millimiz 4-cü yeri tutub.