"Zirə" minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini qazanıb.


Rekord.az xəbər verir ki, Seymur Məmmədovun baş məşqçi olduğu komanda G qrupunda Çexiya təmsilçisi "Hanspaulka" ilə üz-üzə gəlib.


Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları İsa Atayev (22) və Samir Həmzəyev (30) rəqib qapısından keçiriblər.


Qeyd edək ki, "Zirə" ilk görüşündə Bosniya və Herseqovina təmsilçisi "Krayina" ilə heç-heçə etmişdi - 1:1.