
Avropa çempionatı İTV-də
- 19 Avq 2021 18:00
- 770
Qadın voleybolçular arasında Avropa çempionatının oyunlarını “İctimai TV” canlı yayımlayacaq.
Rekord.az xəbər verir ki, bu barədə oxu.az-a İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov deyib.
Qeyd edək ki, Avropa çempionatı 18 avqust – 4 sentyabr tarixlərində dörd ölkədə – Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada təşkil olunacaq.
Millimiz A qrupunda meydan sahibi Serbiya, Rusiya, Fransa, Belçika, Bosniya və Herseqovina ilə mübarizə aparacaq.
Avropa çempionatı bu gün Bolqarıstan – Yunanıstan və Rumıniya – Türkiyə görüşləri ilə start götürəcək. Millimiz isə ilk görüşünü avqustun 20-də Belçikaya qarşı keçirəcək.