Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu
- 21 Apr 2023 23:55
- 335
Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu “Sevilya”nın hücumçusu Yussuf En Nesiri seçilib.
O, “Mançester Yunayted”ə 3:0 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb.
Xatırladaq ki, həftənin futbolçusu adına Nemanya Matiç (“Roma”), Adam Hlojek (“Bayer”) və Adrien Rabyo (“Yuventus”) da namizəd idi.