
Avroliqa və Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu
- 18 Mar 2022 22:53
- 497
Futbol üzrə Avropa Liqasında və Konfrans Liqasında həftənin ən yaxşı oyunçuları müəyyənləşib.
Rekord.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə “Atalanta”nın oyunçusu Merih Demiral 1-ci olub.
Türkiyə millisinin üzvü Tomaş Souçek (“Vest Hem”, İngiltərə), Pedri (“Barselona”, İspaniya) və Abel Ruisi (“Braqa”, Portuqaliya) qabaqlayıb.
Demiral Avropa Liqasının 1/8 finalında “Bayer”lə cavab görüşündə (1:0) komandasının yeganə qolunun ötürməsini verib.
Konfrans Liqasında isə Niderland PSV klubunun oyunçusu Eran Zahavi həftənin ən yaxşısı seçilib. O, “Kopenhagen”ə səfərdə 4:0 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb. Konfrans Liqasında həftənin ən yaxşı adına Valenten Ronjye (“Olimpik”, Marsel, Fransa), Vangelis Pavlidis (“Alkmar”, Niderland) və Filipp Vizinger (LASK, Avstriya) də namizəd idi.