
Avroliqa: “Betis”lə “Portu” evdə uduzdu
- 10 Mar 2022 01:36
- 521
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Portu” doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gəlib. Fransa təmsilçisi bu oyunda minimal hesabla üstün olub. “Betis” isə Sevilyada “Ayntraxt”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu görüş də qonaqların qələbəsiylə yekunlaşıb.
Qalan oyunlar sabah keçiriləcək. Bu mərhələnin 8 oyunundan biri baş tutmayacaq. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leypsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Avropa Liqası
1/8 finalın ilk oyunları
9 mart
“Betis” (İspaniya) – “Ayntraxt” (Almaniya) 1:2
Qol: Fekir, 30 – Kostiç, 14. Kamada, 32.
“Portu” (Portuqaliya) – “Olimpik” (Lion, Fransa) 0:1
Qol: Paketa, 59.