Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının əməkdaşına növbəti dəfə etimad göstərib. "Rekord.az" xəbər verir ki, bu dəfə Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova beynəlxalq turnirə təyinat alıb. 

N.İsmayılova 16 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin D qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Oyunlar 7-9 may tarixlərində Polşanın Valbjix şəhərində baş tutacaq. D qrupunda ev sahibləri ilə yanaşı, Litva, Niderland və Fransa milliləri mübarizə aparacaqlar.