"Botafoqo"nun və Argentina millisinin yarımmüdafiəçisi Tiaqo Almada "Atletiko"ya keçib.


Rekord.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.


24 yaşlı futbolçu ilə müqavilə 5 illikdir. İspaniya mətbuatı Madrid klubunun hücumameyilli futbolçu üçün 21 milyon avro ödəyəcəyini yazıb.


Almada 2024/25 mövsümünün ikinci hissəsini icarə əsasında Lion “Olimpik"ində keçirib.