
“Atletiko” futbolçusunu icarəyə verdi
- 31 İyl 2025 16:00
- 54
Toma Lemar "Atletiko"dan "Jirona"ya icarəyə keçib.
Rekord.az xəbər verir ki, Kataloniya klubu 29 yaşlı fransız yarımmüdafiəçini 2025/26 mövsümü üçün icarəyə götürüb.
Lemar 2018-ci ildə "Monako"dan "Atletiko"ya transfer olunmuşdu. Madrid klubu onun üçün təxminən 72 milyon avro ödəmişdi. Ötən La Liqa mövsümündə Lemar cəmi 5 oyun keçirib.