
"Atalanta"dan bu səbəbə görə göndərilib
- 20 Avq 2021 16:00
- 646
Alexandra Qomesin “Atalanta”dan göndərilməsinin səbəbi bəlli olub.
Rekord.az xəbər verir ki, o, klubun sahibinə qarşı hörmətsizlik edib.
Bu barədə baş məşqçi Pyero Qasperini məlumat verib:
“Qomesin meydanda və ondan kənardakı davranışı həm mənim, həm də komanda yoldaşları üçün dözülməz olmuşdu. Onun gedişinin əsl səbəbi klubun sahibinə qarşı etdiyi hörmətsizlikdir.
Ümid edirəm ki, Qomesin “Atlanta” karyerasını onun yalnız meydandakı oyununa görə xatırlayacaqlar, meydandankənar davranışlarına görə yox”.
Qomes bu ilin yanvarında “Atalanta”dan “Sevilya”ya keçib.