İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Turin təmsilçisi "Atalanta"dan Aleksey Mirançuku transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rusiya millisinin üzvü 2022/2023 mövsümünü icarə əsasında "Torino"da keçirəcək. 26 yaşlı hücumçunun müqaviləsində 12 milyon avroluq satınalma maddəsi qeyd olunub.

Qeyd edək ki, Aleksey Mirançuk "Atalanta"ya 2020-ci ildə Moskva "Lokomotiv"indən transfer olunub. O, son mövsümdə Berqamo təmsilçisinin heyətində 25 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.