İtaliya A Seriyasında 5-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə daha 3 qarşılaşma baş tutub.

“Salernitana” - “Empoli” matçında qalib müəyyənləşməyib. Səfərdə “Montsa” ilə qarşılaşan “Atalanta” turu inamlı qələbə ilə başa vurub. “Torino” isə doğma meydanda qarşılaşdığı “Leççe”ni minimal hesabla üstələyib.

5 turdan sonra 13 xala malik “Atalanta” vahid liderdir. “Napoli” və “Milan”ın 11 xalı var. “Udineze”, “Roma” və “Torino” 10 xalla 4-6-cı pillələri bölüşürlər. “Yuventus”la “İnter”in 9, “Latsio”nun isə 8 xalı var.

İtaliya A Seriyası
5-ci tur

3 sentyabr

Fiorentina – Yuventus 1:1
Qol: Kuame, 29 – Milik, 9.

Milan – İnter 3:2
Qol: Leau, 28; 60. Jiru, 54 – Brozoviç, 21. Dzeko, 67.

Latsio – Napoli 1:2
Qollar: Zakkayni, 4 – Kim, 38. Kvaratsxeliya, 61.

4 sentyabr

Kremoneze – Sassuolo 0:0

Spetsiya – Bolonya 2:2
Qol: Bastoni, 45+2. Sxauten, 54-öz qapısına – Arnautoviç, 7; 64.

Verona – Sampdoriya 2:1
Qol: Audero, 44-öz qapısına. Doiq, 45+3 – Kaputo, 40.

Udineze – Roma 4:0
Qol: Udoqi, 5. Samardziç, 56. Pereyra, 75. Lovriç, 82.

5 sentyabr

Salernitana – Empoli 2:2
Qol: Mazokki, 39. Dia, 61 – Satriano, 31. Lammers, 81.

Montsa – Atalanta 0:2
Qol: Hoylund, 57. Marlon, 65-öz qapısına.

Torino – Leççe 1:0
Qol: Vlaşiç, 40.