Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Rekord.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının birinci mərhələsi çərçivəsində “Qəbələ” ilə Xorvatiyanın “Hayduk” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.

Sözügedən qarşılaşma sabah - oktaybrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək. Saat 17:00-da başlayacaq oyunu Türkiyədən olan hakimlər (Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay) idarə edəcəklər.

Xatırladaq ki, bu komandalar arasında Xorvatiyada keçirilmiş oyunda “Qəbələ”nin U-19 komandası 0:3 hesabıyla məğlub olub.