"Roma" Madrid "Real"ının yarımmüdafiəçisi Marko Asensio ilə maraqlanır.

Rekord.az xəbər verir ki, "canavarlar" 26 yaşlı ispaniyalını bu yay "Tottenhem"ə keçə biləcək Nikolo Zaniolonun əvəzləyicisi kimi nəzərdən keçirir.

Asensio 2015-ci ilin yayında "Real"a keçib. Onun hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.