Ötən gün İngiltərə Premyer Liqasında "Çelsi" üzərində 3:1 hesablı qələbə qazanan "Arsenal" bununla da İngiltərə futbol tarixində tarixi nəticəyə imza atmış oldu.

Rekord.az xəbər verir ki, "topçular" bu qələbə ilə cari mövsümdə baş tutan 10 London derbisinin hamısını qazanmış oldular ki, bu da tarixdı ilk dəfə baş tutdu.

"Arsenal"ın iştirakı ilə cari mövsüm baş tutan London derbilərini sizin diqqətinizə çatdırırıq:

"Arsenal" - "Çelsi" 3:1, 1:0, "Arsenal" - "Fulhem" 2:1, 3:1, "Arsenal" - "Tottenhem" 3:1, 2:0, "Arsenal" - "Kristal Pelas" 4:1, 2:0, "Arsenal" - "Brentford" 1:1, 3:0, "Arsenal" - "Vest Hem" 3:1, 2:2.