"Arsenal" İsveç millisinin futbolçusu Viktor Dyökereşi transfer edib. 


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


London təmsilçisi 27 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. "Topçular" onun keçidi üçün 63.5 + 10 milyon avro ödəyib. 


Viktor Dyökereş ötən mövsüm "Sportinq"in heyətində 52 oyuna çıxaraq 54 qol vurub və 13 qolun ötürməsini edib.