
"Arsenal" İsakdan əl çəkmir
- 26 Fev 2022 14:21
- 716
"Arsenal" yenə də "Real Sosyedad"ın hücumçusu Aleksander İsak ilə maraqlanır.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı “sport.es” yayıb.
Məlumata görə, "topçular"ın baş məşqçisi Mikel Arteta 22 yaşlı isveçli futbolçunu komandasında görmək istəyir.
London klubu qış transfer pəncərəsində İsakı almaq üçün cəhd göstərsə də, buna nail ola bilmədi. Ona görə də bu transferi yayda reallaşdırmaq istəyirlər.
Hücumçunun “Real Sosyedad”la müqaviləsində 80 milyon avroluq kompensasiya ödəmə maddəsi var. Lakin “Arsenal” qiyməti azaltmaq istəyir.
Bu mövsüm İsak bütün turnirlərdə 29 matçda 8 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2026-cı ilin yayında başa çatır.