Bu gün videokonfrans formatında keçirilən AFFA-nın növbəti iclasında verilən qərarlardan biri də U-21 yığmasının boş qalmış baş məşqçi postu ilə bağlı idi. Qərara əsasən 1 seçmə mərhələ müddətinə bu yaş kateqoriyasındakı futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə Samir Əliyev təyin olundu. Rekord.az xəbər verir ki, artıq Əliyevin köməkçisi də məlumdur. Ona bu işdə Araz Qulamov yardımçı olacaq.