Futbol üzrə Azərbaycan I Divizionunda 3-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

İlk oyun “Turan Tovuz”la “Sumqayıt”ın əvəzediciləri arasında keçirilib. Bu oyunda meydan sahibləri darmadağına seviniblər. “Araz Naxçıvan” isə bu dəfə “Şamaxı”nın ikinci komandasını böyük hesabla məğlub edib. “Qəbələ” ilə “Kəpəz”in əvəzedicilərinin görüşündə də meydan sahibləri 3 xala sevinən tərəf olub.

I Divizion
3-cü tur

6 sentyabr

Turan Tovuz-2 – Sumqayıt-2 3:0
Qol: Ayxan Quseynov, 11; 59; 76.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Mahmud Bağırzadə
Tovuz şəhər stadionu, 16:00

Qəbələ-2 – Kəpəz-2 1:0
Qol: Tolqar Yaqubov, 12.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30

Araz Naxçıvan – Şamaxı-2 5:0
Qol: Xəyal Tomarov, 21; 60. Orxan Əliyev, 36. Fərid Kərimzadə, 47. Bayraməli Qurbanov, 51.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Şamil İmanzadə
Naxçıvan Muxtar Respublika stadionu, 16:30

7 sentyabr

MOİK – İmişli
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Nicat İsmayıllı
Binə qəsəbə stadionu, 16:30

Mingəçevir – Qarabağ-2
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Emin Əliyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30

Qaradağ Lökbatan – Zaqatala
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Şirmamed Mamedov, Kamal Umudlu
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Səbail-2 – Neftçi-2
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov
“ASCO Arena”, 17:00