
“Araz-Naxçıvan”la oyuna ciddi hazırlaşmışıq”
- 20:00
- 41
"Omoniya"nın (Kipr) baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, norveçli mütəxəssis bu gün Bakıda keçirilmiş mətbuat konfransında sabah çətin oyuna çıxacaqlarını bildirib:
"Araz-Naxçıvan" çox yaxşı komandadır. "Aris"lə oyunlarını izləmişik. Rəqibimizə qarşı ciddi hazırlaşmışıq. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Həmin oyunçular meydanda bir-birilərini çox yaxşı anlayırlar. Hər oyunda bir komanda favorit hesab edilir. Lakin məşqçilər bu məsələyə fərqli yanaşırlar. Kim güclüdürsə, o da qalib gələcək. "Araz-Naxçıvan"ın növbəti mərhələyə yüksəlməyi təsadüfü deyildi. Onlar ötən mərhələdə keçirdikləri iki görüşdə də yaxşı çıxış etmişdilər. Şansları dəyərləndirə bilməyəcəm. Amma sizə onu deyim ki, "Aris" "Araz-Naxçıvan"a qalib gəlsəydi, "Omoniya" ilə qarşılaşmanın favoriti hesab ediləcəkdi. İndi özünüz düşünün "Araz-Naxçıvan" - "Omoniya" matçının favoriti kimdir".
“Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.