
“Araz-Naxçıvan”la matçda bizi nə gözlədiyini bilirik”
- 23 İyl 2025 18:20
- 38
“Aris”in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri oyundan fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, matçdan öncə keçirilmiş mətbuat konfransında səfər qarşılaşmasından sərfəli nəticə ilə dönmək istədiklərini bildirib:
“Bu, mənim Azərbaycana ilk səfərim deyil. Daha əvvəl "Qəbələ" klubuna rəqib baş məşqçi kimi ölkənizə səfər etmişdim. "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik. Bizi çətin qarşılaşma gözləyir".
“Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.