
“Araz-Naxçıvan”la cavab oyunu tamam fərqli olacaq”
- 24 İyl 2025 22:33
- 59
“Aris”in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında maraqlı görüşə şahidlik etdiklərini bildirib:
"Bizim üçün çox pis nəticə oldu. Qol vurduqdan sonra oyuna nəzarət edə bilərdik, lakin bacarmadıq. Bəzi futbolçularımız fiziki cəhətdən hazır deyildilər. Rəqib qələbəyə layiq idi. Artıq ilk qarşılaşmanı unudub, cavab görüşünə hazırlaşmalıyıq. Cavab matçı tamamı ilə fərqli olacaq. Təcrübəli futbolçularımız var. Cavab görüşündə onların gücündən yararlanacağıq. İkinci qolu səhvimizdən buraxdıq. Hətta, üçüncü qolu da qapımızda görə bilərdik".
Tərəflər arasında cavab matçı iyulun 31-də Salonikidə baş tutacaq.