
“Araz-Naxçıvan”ın rəqibi afrikalı hücumçu transfer etdi
- 22 İyl 2025 16:20
- 50
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) afrikalı hücumçu transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tino Kadevere ilə 3 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu Fransanın "Nant" klubundan transfer olunub. O, ötən mövsüm Liqa 1-də və ölkə kubokunda meydana çıxdığı 14 oyunda 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 2015-ci ildən Zimbabve millisinin formasını geyinən forvard yığmanın heyətində meydana çıxdığı 19 oyunda 3 qola imza atıb.
“Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.