
“Araz Naxçıvan”dan Türkiyə klubu ilə heç-heçə
- 08 Avq 2022 21:32
- 533
Hazırlığın ikinci mərhələsini Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz Naxçıvan" ilk yoxlama görüşünü keçirib.
Rekord.az xəbər verir ki, “qırmızı-ağlar” “Amasyaspor" komandası ilə üz-üzə gəlib.
Görüşün 43-cü dəqiqəsində rəqib hesabı açsa da, sona 5 dəqiqə qalmış Naxçıvan təmsilçisinin heyətində Söhrab Qoli Fexrabadi “status-kvo”nu bərpa edib - 1:1.