“Araz-Naxçıvan”dan ayrılan futbolçu vətəninə qayıtdı
- 15:20
- 46
Bir müddət əvvəl “Araz-Naxçıvan”dan ayrılan Bar Kohenin yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, israilli yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. 25 yaşlı futbolçu “İroni Tiberias”la anlaşıb.
Qeyd edək ki, Kohen ötən yay “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalamışdı. O, ölkəmizdə legioner həyatı yaşamamışdan qabaq İsraildə “Makkabi Təl-Əviv”, “Beytar Təl-Əviv”, “Hapoel Hayfa” və “Makkabi Netanya”nın formasını geyib.